Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Tarix: 15 Oct 2026 09:25

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,42% artaraq 4 166,3 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,52% artaraq 56,17 dollar təşkil edib.

Emil İsmayılov COMEX qızıl gümüş

Mənbə: apa.az

Xəbər Lenti