Britaniya Ukraynaya 1000 raket və 500 milyon funtluq əlavə dəstək ayırır

Tarix: 12 Feb 2026 15:48

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə ölkəyə əlavə 1000 ədəd çoxfunksiyalı raket göndərəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində paylaşdığı bəyanatında bildirilib.

Məlumata görə, Böyük Britaniya Ukraynaya Belfastda istehsal olunan və müxtəlif platformalardan buraxılması mümkün olan “Lightweight Multirole Missiles” tipli 1000 raket verəcək.

Eyni zamanda Böyük Britaniyanın müdafiə Naziri Con Hili öz “X” səhifəsində ölkənin hava müdafiəsini gücləndirmək üçün Ukraynaya daha yarım milyard funt sterlinq (681,4 milyon dollar) təcili vəsait ayırdığını elan edib.

İlqar Xudiyev Böyük Britaniya Ukrayna Hava hücumundan müdafiə

Xəbər Lenti