Azərbaycanda bu il 4,5 mln. ton neft emal edilib

Azərbaycanda bu il 4,5 mln. ton neft emal edilib

Tarix: 15 Oct 2026 10:42

Bu ilin yanvar-sentyab aylarında Azərbaycanda 4,5 mln. ton neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir, bu da illik müqayiisədə 2,2% azdır.

Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Emil İsmayılov Energetika Nazirliyi neft emalı NEZ

Mənbə: apa.az

Xəbər Lenti