Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 09:49
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,59% artaraq 4 194,6 ABŞ dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 1,35% artaraq 57,93 dollar təşkil edib.
Emil İsmayılov COMEX qızıl gümüşMənbə: apa.az