Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 05 Jul 2024 12:03
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Sadır Japarov Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov 5-6 iyul tarixlərində Azərbaycanda işgüzar səfərdə olacaq.