Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA

Tarix: 07.07.2024 12:04

İyulun 7-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

İyulun 6-da sarı xəbərdalığa uyğun olaraq şərq küləyi Göygöldə 16 m/s, Şahbuzda 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.

Xəbər Lenti