Məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib

Tarix: 09.07.2024 12:13

12 iyun saat 11:00-da ölkə üzrə rus bölməsində məktəb və müəllim seçimi aktivləşdirilib.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 1 ay müddətində Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edilib:

"12 iyul saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada məktəb və müəllim seçimi aktiv ediləcək. 12 iyul tarixinə qədər valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə sms də göndəriləcək. Məktəb və müəllim seçimi 13 sentyabr tarixinə qədər davam edəcək. Qeyd edək ki, müsahibədə uğur qazanan uşaqların 85%-i məktəb və müəllim seçimi edib.

Xəbər Lenti