Sabirabadda kimyəvi maddə içərək zəhərlənən qadın xəstəxanada vəfat edib - YENİLƏNİB

Tarix: 09.07.2024 19:58

Sabirabadda kimyəvi maddə içərək zəhərlənən qadın vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həkimlər onun həyatını xilas edə bilməyib.

***

18:36

Sabirabadda 33 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparat içərək zəhərlənib.

Qadın ağır vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti