Azərbaycan XİN başçısı NATO-nun 75 illiyi ilə bağlı keçirilən sammitdə iştirak edib

Tarix: 10.07.2024 11:14

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun yaradılmasının 75 illiyinə həsr olunan tədbirdə iştirak edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, ABŞ Prezidenti Co Baydenin ev sahibliyi ilə keçirilən tədbir Vaşinqtonun Endryu Mellon adına Konfrans salonunda təşkil olunub.

https://twitter.com/AzerbaijanMFA/status/1810933120431988923

Xəbər Lenti