Kamran Əliyev: Ölkəmiz korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir

Kamran Əliyev: Ölkəmiz korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir

Tarix: 28 Oct 2026 10:42

Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir.

APA xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışında deyib.

O, qeyd edib ki, antikorrupsiya siyasətinin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir:

"Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik. Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə üzərimizə düşən vəzifələri bir daha nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq”.

Emin Şirvanzadə Baş prokurorluq Kamran Əliyev

Mənbə: apa.az

Xəbər Lenti