Prezident: Torpaqlarımızın işğalı dövründə təbii sərvətlərimizin xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub

Prezident: Torpaqlarımızın işğalı dövründə təbii sərvətlərimizin xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub

Tarix: 28 Oct 2026 10:36

Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli görüşü iştirakçılara müraciətində deyilir.

Bildirilib ki, rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır: "Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir".

Mənbə: apa.az

Xəbər Lenti