Bazar ertəsi, 8 Dekabr, 2025
Tarix: 10.07.2024 18:48
Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Vaşinqtonda NATO75 Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar başlayıb. Qeyd olunub ki, görüş ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilir.