Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 16:27
İran Qətərin nüvə məsələsi ilə bağlı təklifini qəbul etməyib.
Bu barədə İranın yüksək vəzifəli rəsmisi “Reuters”ə bildirib.
Onun sözlərinə görə, Tehran Qətərin təkliflərini qəbul etməyib.
“Aldığımız tək şey qəbuledilməz ideyaların siyahısıdır. Nüvə məsələsində güzəştə getməyəcəyik”, - İran rəsmisi qeyd edib.
***
13:30
Qətər İrana ABŞ və İsraillə müharibənin sonlandırılması üçün yeni razılaşma təklif edib.
“Reuters”ə danışan mənbə bildirib ki, təklif oktyabrın 25-də Tehrana səfər çərçivəsində təqdim edilib.
Mənbənin sözlərinə görə, hazırda İran təklifi nəzərdən keçirir, Tehranın həftəsonuna qədər buna cavab verəcəyi gözlənilir.
Yeni plana əsasən, 7 gün ərzində Tehran və Vaşinqton hər iki tərəfin narahatlıqlarının aradan qaldırılması istiqamətində addımlar atılacaq.
Təklif razılaşdırılacağı təqdirdə, yeni planın icrasına növbəti həftədən başlanılacaq.
Toğrul Quluzadə Qətər İran plan təklif
Mənbə: apa.az