- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 11.07.2024 13:15
İşğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması bizim üçün əsas prioritetdir.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Mayis Musayev deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi, həmin ərazilərdə məskunlaşan əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir:
"Bu məqsədlə həmin ərazilərə köçürülən şəxslərin məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq tədbirlərinin və məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin icrası uğurla davam etdirilir. Dövlət Məşğulluq Agentliyinin Laçında xidmət şöbəsi fəaliyyət göstərir. Ümumilikdə isə "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə 2500 nəfərə yaxın, Laçın rayonu üzrə isə 800 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub, 31 nəfər isə Özünüməşğulluq proqramına cəlb edilib. Burada həmçinin 34 nəfər isə peşə hazırlığına istiqamətləndirilib".