Laçında fəaliyyət göstərəcək tekstil emalı fabrikində 100-ə yaxın qadın çalışacaq

Tarix: 11.07.2024 14:11

Laçında açılışı nəzərdə tutulan tekstil emalı fabrikinin bu ilin sonunadək işə düşəcəyi gözlənilir.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə "Bakı Abadlıq Xidməti" MMC-nin direktor müavini Nəsimi Əsədov açıqlayıb.

Onun sözlərinə görə, haqqında bəhs olunan fabrikdə Laçın sakini olan 100-ə yaxın qadın işlə təmin olunacaq:

"Bu, bizim öncül məqsədlərimizdən biridir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Laçın şəhərində yaxın gələcəkdə bir neçə sənaye müəssisəsinin işə başlaması planlaşdırılır".

Xəbər Lenti