Şənbə, 6 Dekabr, 2025
Tarix: 12.07.2024 16:20
“Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib”. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. O təklif edib ki, 16 saylı Yasamal 2-ci dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Əliyeva Lamiyə Fərhad qızının təyin edilsin: “Eyni zamanda 44 saylı Sumqayıt, 70 saylı Neftçala, 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin də bir sıra dairə seçki komissiyalarının də həlledici səs hüquqlu üzvlüyünə təyinatlar olub”.