“Neftçi” liderliyə yüksəlib

“Neftçi” liderliyə yüksəlib

Tarix: 01 Nov 2026 17:04

Misli Premyer Liqasında X tur davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start verilib.

Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edib.

Görüş saat 15:00-da start götürüb. Matçı FİFA referisi Tural Qurbanov idarə edib.

Matç məhsuldar alınıb. Görüşdə 5 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbəyə sevinib.

"Ağ-qaralar" bu nəticə ilə xallarının sayını 21-ə çatdırıb və yenidən liderliyə yüksəlib.

Misli Premyer Liqası X tur 1 noyabr 15:00. "Şamaxı" – "Neftçi" 2:3 Qollar: A. Şuaybu, 24, A. Bouali, 64 - Q. Klisman, 15, B. Almeyda, 49, A. Akeyemi, 75 Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Şamaxı şəhər stadionu

Neftçi futbol

Mənbə: apa.az

Xəbər Lenti