Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 11:47
2026-cı il oktyabrın 1-nə Azərbaycanın xalis maliyyə aktivlərinin məbləği 109 milyard 880,7 milyon manat təşkil edib.
“APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Sənədə əsasən, xalis maliyyə aktivlərinin hesablanmasında nəzərə alınan Dövlət Neft Fondunun vəsaitinin qalığı 125 milyard 864,8 milyon manat, vahid xəzinə hesabının qalığı 7 milyard 670,4 milyon manat, həmin hesabın idarəetməyə verilmiş vəsaitləri isə 224 milyon manat olub.
Dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğ 17,8 milyon manat təşkil edib. Beləliklə, bu vəsaitlərin ümumi həcmi 133 milyard 777 milyon manat olub.
Həmin məbləğdən daxili və xarici dövlət borcunun ümumi həcmi — 23 milyard 896,3 milyon manat çıxıldıqdan sonra yaranan fərq xalis maliyyə aktivlərini təşkil edib.
Rahim Tarıverdiyev Azərbaycan xalis maliyyə aktivləri büdcə vahid xəzinə hesabıMənbə: apa.az