Cümə, 30 Yanvar, 2026
Tarix: 18 Jul 2024 14:51
İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.
APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.
***
14:06
Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir. Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.