Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir - YENİLƏNİB-1

Tarix: 18.07.2024 18:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir.

Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.

***

14.51

İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.

APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

***

14:06

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir. Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Xəbər Lenti