İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Tarix: 09 Nov 2026 12:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

11.44

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Əlyetməzli kəndi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı İmişli yol qəzası
İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB
İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti