Bazar ertəsi, 9 Noyabr, 2026
Tarix: 09 Nov 2026 15:59
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib
Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq.
Qeyd edək ki, Əbu-Dabidə danışıqlar noyabrın 10-da keçiriləcək.
Kreml Avropanın Əbu-Dabidə keçiriləcək danışıqlarda iştirakını istisna edib. Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Əbu-Dabidə Moskva, Kiyev və Vaşinqton arasında görüş üçtərəfli olacaq.
Fərid Əkbərov Sergey Lavrov Əbu-Dabi danışıqlar
Mənbə: apa.az