Bazar ertəsi, 9 Noyabr, 2026
Tarix: 09 Nov 2026 15:00
Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.
APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib.
https://x.com/azpresident/status/2119745894002413645
Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunub.
Azərbaycan Prezident İlham Əliyev Türkiyə Yeni Partiya Özgür Özəl
Mənbə: apa.az