SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb

SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb

Tarix: 09 Nov 2026 15:20

Çin Xalq Respublikasının Şanxay şəhərində SOCAR ilə “China Petroleum & Chemical Corporation” (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev, “Sinopec Corp.” şirkətinin vitse-prezidenti Li Yuxing imzalayıblar.

Memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişafetdirilməsi məqsədi daşıyır.

Sənədə əsasən tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsinin həyata keçirilməsi, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanmasıistiqamətlərində əməkdaşlıq edəcəklər.

Memorandum, həmçinin şirkətlər arasında təcrübə və qabaqcıl iş təcrübələrinin mübadiləsinin aparılmasını, məhsul, avadanlıq və xidmətlərinin qarşılıqlı olaraq satınalma və təchizat zəncirlərinə daxil edilməsi imkanlarının araşdırılmasını və qarşılıqlı razılaşdırılacaq digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutur.

İlahə Səlimova SOCAR China Petroleum & Chemical Corporation
SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb
SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb

Mənbə: apa.az

Xəbər Lenti