Bazar ertəsi, 9 Noyabr, 2026
Tarix: 09 Nov 2026 14:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib.
O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bir çox sahədə meqa layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.
“Qardaşlığımıza heç kim kölgə sala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan, həmçinin iki ölkə arasına məsafə qoymağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib.
Dəryanur Cəfərova Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan
Mənbə: apa.az