Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 16:06
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Kreml rəsmisi Uitkoff və Kuşnerin yaxın vaxtlarda Moskvaya səfər edəcəklərini təsdiqləyib.
Qeyd edək ki, Əbu-Dabidəki üçtərəfli danışıqlardan sonra Kuşner Uitkoffla noyabrın 12-də Moskvaya səfər edib Putinlə görüşəcəyini, daha sonra Dublində Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağını açıqlayıb.
Fərid Əkbərov ABŞ Rusiya Vladimir Putin Stiv Uitkoff Cared KuşnerMənbə: apa.az