Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 15:46
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının informasiya İdarəsi rəisinin birinci müavini Aleksandr Zorin bildirib Onun sözlərinə görə, bu, indiyə qədər ən böyük əsir mübadiləsindən biri olacaq.
Qeyd edək ki, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında baş tutan üçtərəfli danışıqların nəticəsində Moskva və Kiyev genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlib.
Fərid Əkbərov Rusiya UkraynaMənbə: apa.az