KİV: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

KİV: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

Tarix: 12 Nov 2026 06:20

ABŞ prezidenti Donald Tramp köməkçilərinə vitse-prezident Ceyms Devid Vensin İranla münaqişənin həlli üzrə birbaşa danışıqları bərpa etmək istəyinə qarşı olmadığını bildirib.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Vens oktyabrda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək görüş keçirməyi təklif edib.

Hələlik görüş barədə razılıq əldə olunmasa da, vasitəçilər üzərindən müzakirələr davam edir. Danışıqların növbəti mərhələsi üçün Qətərin paytaxtı Doha nəzərdən keçirilir.

Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi Venslə Rzai arasında görüşün planlaşdırılmadığını və bu barədə məlumatların əsassız olduğunu bildirib.

Tramp Vens

Mənbə: apa.az

Xəbər Lenti