Cümə axşamı, 12 Noyabr, 2026
Tarix: 12 Nov 2026 10:31
Bu il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790.8 min nəfər olub, onlardan 836.8 min nəfəri dövlət sektorunda, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Muzdla çalışan işçilərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1 172.7 manat təşkil edib.
İlahə Səlimova muzdlu işçilər əməkhaqqıMənbə: apa.az