Sankt-Peterburqda avtomobil partladılıb, polkovnik ölüb

Sankt-Peterburqda avtomobil partladılıb, polkovnik ölüb

Tarix: 12 Nov 2026 09:58

Sankt-Peterburqda baş verən partlayışda bir hərbçi ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış Kolpinskoye şossesində, "Lenta" mağazasının yaxınlığında baş verib.

İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib.

Ölən hərbçinin avtomobilin sükanı arxasında olduğu bildirilib. Onun polkovnik olduğu açıqlanıb.

Şahidlərin sözlərinə görə, partlayış dalğası nəticəsində ərazidəki binaların şüşələri sınaraq yolun kənarına səpələnib.

Fərid Əkbərov Sankt-Peterburq partlayış hərbçi ölüm faktı

Mənbə: apa.az

Xəbər Lenti