Cümə axşamı, 12 Noyabr, 2026
Tarix: 12 Nov 2026 07:10
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın uçması nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.
APA xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin komissarı Lillian Bonsinyore mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir.
Hadisənin səbəbi hələlik məlum deyil.
ABŞ bina Nyu-YorkMənbə: apa.az