Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 11 Dec 2023 17:10
Ötən ay Bakı şəhəri üzrə 17 planlı və 3 plandan kənar, respublikanın digər şəhər və rayonlarında isə 1 aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb.
Bu barədə “Qafqazinfo”ya Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, yoxlamalar zamanı 1 aptekdə nöqsan aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokol tərtib edilib.