Nauseda: Həm Azərbaycan, həm də Avropa dayanıqlı enerji sisteminin yaradılmasında maraqlıdır

Nauseda: Həm Azərbaycan, həm də Avropa dayanıqlı enerji sisteminin yaradılmasında maraqlıdır

Tarix: 12 Nov 2026 15:28

Həm Azərbaycan, həm də Avropa dayanıqlı və səmərəli fəaliyyət göstərən enerji sisteminin yaradılmasında maraqlıdır.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında TRIPP layihəsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Biz bütün bağlantı layihələrini dəstəkləyirik. Hazırda Avropada, xüsusilə də Baltikyanı ölkələr arasında nəqliyyat və enerji bağlantılarından danışırıq. Lakin hesab edirəm ki, etibarlı enerji təchizatı sisteminin yaradılması üçün Avropadan bir qədər uzaqda yerləşən dostlarımızın da bu prosesdə iştirakı çox vacibdir. Düşünürəm ki, bu, ikitərəfli maraqlara əsaslanan prosesdir. Həm Azərbaycanın, həm də Avropanın dayanıqlı və səmərəli fəaliyyət göstərən enerji sisteminin yaradılmasında marağı var”, - o qeyd edib.

Ramiz Mikayıloğlu Litva Prezidenti Azərbaycan Avropa səmərəli enerji sistemi

Mənbə: apa.az

Xəbər Lenti