Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 23.07.2024 00:39
ABŞ prezidenti Co Bayden və köməkçiləri onun prezidentlik yarışından geri çəkilməsi ilə bağlı xalqa müraciət hazırlamağa başlayıb.
APA xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Müraciətdə onun nə üçün seçkilərdə iştirakdan imtina etmək qərarına gəldiyi daha ətraflı izah ediləcəyi bildirilir.
Müraciətin dəqiq nə vaxt baş tutacağı məlum deyil.