Netanyahu ABŞ-yə səfəri zamanı Ağ Evdə Kamala Harrislə görüşəcək

Tarix: 23.07.2024 04:29

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona səfəri çərçivəsində Ağ Evdə ABŞ-nin vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bundan əvvəl Netanyahunun iyulun 23-də Baydenlə görüşəcəyi bildirilirdi.

Xəbər Lenti