Şənbə, 14 Noyabr, 2026
Tarix: 13 Nov 2026 21:31
ABŞ perspektivli strateji B-21 (Raider) bombardmançısının silah sistemlərinin sınaqlarına başlayıb.
APA xəbər verir ki, bu barədə təyyarəni hazırlayan “Northrop Grumman” korporasiyası məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, təyyarə uçuş sınaqları zamanı silahlardan istifadə imkanını nümayiş etdirib. İlk B-21 bombardmançılarının 2027-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Təyyarələrin ilk olaraq Cənubi Dakota ştatındakı Ellsvort aviabazasına yerləşdirilməsi nəzərdə tutulur.
B-21 radarlar üçün görünmə səviyyəsini azaltma texnologiyaları ilə hazırlanıb və çoxqatlı hava hücumundan müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Təyyarə həmçinin müasir rabitə və rəqəmsal idarəetmə sistemləri ilə təchiz edilib.
ABŞ B-21Mənbə: apa.az