Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Tarix: 13 Nov 2026 21:53

Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bu barədə noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.

İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi planlaşdırılır.

Eyni zamanda, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.

Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.

Azərbaycan Maliyyə Nazirliyi Sahil Babayev dövlət müəssisələri borc limiti borclanma dövlət maliyyəsi büdcə
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Mənbə: apa.az

Xəbər Lenti