BMW 720 mindən çox avtomobili geri çağırır

BMW 720 mindən çox avtomobili geri çağırır

Tarix: 13 Nov 2026 23:38

Almaniyanın BMW avtomobil konserni yanğın riski səbəbindən ABŞ-da 720 796 avtomobili geri çağırır.

“Reuters” agentliyinin ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumatına görə, avtomobillərdə yanğın təhlükəsi yarada biləcək texniki nasazlıq müəyyən edilib.

Qurum avtomobil sahiblərinə nasazlıq aradan qaldırılana qədər nəqliyyat vasitələrini açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.

BMW problemin aradan qaldırılması istiqamətində iş aparır. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosu ilə bağlı nasazlıq səbəbindən geri çağırılaraq təmir edilmiş avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.

NHTSA bildirib ki, geri çağırılma 2012–2018-ci illərdə istehsal olunmuş BMW 3 və 5 seriyalı avtomobillərə, X1, X3, X4, Z4 və bəzi digər modellərə şamil ediləcək.

BMW ABŞ avtomobil geri çağırılma yanğın təhlükəsi Reuters NHTSA BMW X3 BMW X4 BMW Z4 texniki nasazlıq

Mənbə: apa.az

Xəbər Lenti