ABŞ-da tanker kruiz gəmisi ilə toqquşub

ABŞ-da tanker kruiz gəmisi ilə toqquşub

Tarix: 14 Nov 2026 00:51

ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində tanker çay kruiz gəmisi ilə toqquşub.

“BNO News” portalının məlumatına görə, hadisə Yeni Orlean limanı yaxınlığında baş verib.

“Fox News” telekanalının mənbəsinin bildirdiyinə görə isə, kruiz gəmisinin göyərtəsində təxminən 150 nəfər olub.

Hazırda hadisə yerində fövqəladə hallar xidmətləri qəza-xilasetmə işləri aparır.

Toqquşmanın səbəbləri və mümkün xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

ABŞ Yeni Orlean Luiziana tanker kruiz gəmisi gəmi qəzası toqquşma Fox News BNO News

Mənbə: apa.az

Xəbər Lenti