ABŞ ordusunun generalları Ermənistanla birgə hərbi təlimləri izləyib

Tarix: 23.07.2024 18:09

ABŞ-nin Ermənistandakı səfiri Kristin Kvin iki ölkənin müştərək “Eagle Partner” hərbi təlimlərini izləyib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onu amerikalı generallar Ceyms Krizel, Entoni Mohat və Endryu Saslav müşayiət ediblər.

Təlimin 9-cu gününün sonunda səfir hərbçilərlə foto çəkdirməyi də unutmayıb.

Qeyd edək ki, iyulun 15-dən başlayan hərbi manevrlər 24 iyul tarixində başa çatacaq.

Xəbər Lenti