İran prezidentinin andiçmə mərasimində 60 ölkədən nümayəndə iştirak edəcək

Tarix: 24 Jul 2024 01:22

Ən azı 60 ölkə İranın seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakını təsdiqləyib.

APA “Iran Press”-ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Müctəba Yusefi məlumat yayıb.

Onun sözlərinə görə, bu 60 ölkədən nümayəndə heyətləri müxtəlif səviyyələrdə təmsil olunacaq. Mərasimdə 4 prezident, 12 parlament rəhbəri və 7 baş nazirin iştirakı gözlənilir.

Xəbər Lenti