Siyarto: Macarıstan Aİ sülh fondundan Ukraynaya yardımı bloklamağa davam edəcək

Tarix: 24 Jul 2024 03:37

Kiyevin Rusiyanın "Lukoyl" şirkətindən neft tranzitini dayandırması ilə bağlı problem həll olunana qədər Budapeşt Avropa Sülh Fondundan Ukraynaya vəsaitin ayrılmasına mane olmağa davam edəcək.

APA “Reuters”-ə istinadən xəbəer verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Siyartonun fikrincə, Avropa Komissiyası Kiyevə "Lukoyl"un Ukrayna ərazisindən Macarıstan və Slovakiyaya neft nəqlini bərpa etməsi üçün təzyiq göstərməlidir.

Xəbər Lenti