Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 24 Jul 2024 15:09
Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan ailə üzvləri ilə birlikdə Qanunsuz Əmlakın Müsadirəsi üzrə İdarəyə çağırılıb.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, o 20-dən çox daşınmaz əmlakı qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.