Azərbaycanın olimpiya çempionları üçün xüsusi olimpiya təqaüdünün məbləği dəyişib

Tarix: 24.07.2024 16:04

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Bundan əvvəl Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1300 (min üç yüz) manat məbləğində olub.

Xəbər Lenti