Netanyahu: İsrail ABŞ-yə Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağı təklif edir

Tarix: 25.07.2024 02:19

İsrail Yaxın Şərqdə NATO-ya bənzər yeni ittifaq yaratmaq təklifi ilə ABŞ-yə müraciət edib.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin hər iki palatasının birgə iclası zamanı deyib.

Onun sözlərinə görə, bu alyans İrandan gələn “təhlükələrə” qarşı dura bilər.

Baş nazir bildirib ki, regionda İsraillə münasibətləri normallaşdıran istənilən ölkə bu alyansın iştirakçısı ola bilər.

Xəbər Lenti