Ağ Ev: Prezidentlik yarışından çıxmaq qərarı vermək Bayden üçün çətin idi

Tarix: 25.07.2024 01:23

ABŞ Prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək qərarı onun üçün çətin idi, amma sağlamlığı ilə heç bir əlaqəsi yox idi.

APA xəbər verir ki, bu barədə iyulun 24-də Ağ Evin sözçüsü Karine Jan-Pyer brifinq zamanı bildirib.

“Belə qərarlar çox şəxsi xarakter daşıyır, onları qəbul etmək asan deyil, çox az siyasətçi vəziyyətə baxıb qərar verə bilir”, - Ağ Ev rəsmisi vurğulayıb.

Xəbər Lenti