Rusiyada Mi-28 helikopteri qəzaya uğrayıb - YENİLƏNİB

Tarix: 25 Jul 2024 08:50

Rusiyanın Kaluqa vilayətində qəzaya uğrayan helikopterin heyəti həlak olub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata qəzaya səbəb helikopterdə texniki nasazlığın olmasıdır.

*** 08:33 Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, hadisə yerində xilasedicilər və əməliyyat qrupu işləyir.

Xəbər Lenti