Çərşənbə, 18 Noyabr, 2026
Tarix: 18 Nov 2026 15:00
Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Prezident İlham Əliyev OmanMənbə: apa.az