Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb

Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb

Tarix: 18 Nov 2026 14:46

Putin, Si Cinpin və Tramp dünyanı narahat edən münaqişələri nəzərə alaraq geniş məsələləri müzakirə edəcəklər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, lidelər böyük dövlətlərin münasibətləri necə qura və qlobal vəziyyəti necə yaxşılaşdıra biləcəklərini müzakirə edəcəklər.

Kreml rəsmisi qeyd edib ki, Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüşünün yekunu ilə bağlı bəyanatın mətni üzərində iş çox intensiv şəkildə davam edir. Hazırda bəyanatın bəzi parametrləri gözdən keçirilir.

Fərid Əkbərov ABŞ Rusiya Çin

Mənbə: apa.az

Xəbər Lenti