Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb

Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb

Tarix: 18 Nov 2026 16:02

Rusiya Prezident Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə keçirilən görüşdə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Si Cinpinə ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə son təmasları barədə danışıb.

Kreml rəsmisi Putinin Donald Trampla təmasları zamanı Ukrayna məsələsinin də müzakirə oluna biləcəyini qeyd edib.

Fərid Əkbərov Kremlin sözçüsü Dmitri Peskov

Mənbə: apa.az

Xəbər Lenti